Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayon əhalisinin nəzərinə.

30 dekabr 2021 | 16:00

Əziz qubalılar,
Sizlərin hər birinizi qarşıdan gələn əlamətdar bayramlar- 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni, 2022-ci il münasibətilə ürəkdən təbrik edir, sizlərə möhkəm can sağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar diləyirik.
Əziz həmyerlilər,
4 yanvar 2022-ci il tarixdən etibarən saat 09:00-dan 19:00-a qədər Quba Rayon Mərkəzi Xəstəxanasında və Quba Müalicə-Diaqnostika Mərkəzində yerləşən vaksinasiya məntəqələri fəaliyyətlərini davam etdirəcəkdir. Buna görə də 18 yaşı tamam olmuş və yaşı 18-dən yuxarı olan bütün həmyerlilərimizi yanvarın 4-dən başlayaraq vaksinasiya məntəqələrinə müraciət edərək COVİD-19 pandemiyasına qarşı peyvənd olunmağa dəvət edirik.
Biz birlikdə güclüyük!
Hörmətlə,
Quba rayonu üzrə Operativ Qərargah

Keçidlər